COP29

AFFA göstəriş verdi, klub gördüyü işi yenidən dayandırdı - NÖVBƏTİ PROBLEM

17 Yanvar 11:40 Turan 1 361
AFFA göstəriş verdi, klub gördüyü işi yenidən dayandırdı - NÖVBƏTİ PROBLEM

AFFA ilə «Turan Tovuz» arasında növbəti problem yaranıb.

Stadionun ərazisində tikilmiş yeni akademiya binasında görülən işlər bir daha dayandırılıb.

Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin öz hesabına inşa etdiyi obyektin qapıları federasiyanın göstərişi ilə bağlanıb. Halbuki orada son tamamlanma işləri görülürdü və yaxın günlərdə istifadəyə verilməsi gözlənilirdi.

FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılışı 2021-ci ilin yanvarına təsadüf edib.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın ovaxtkı icraçı vitse-prezidenti Elxan Məmmədov, Qərb Regional futbol federasiyasının prezidenti Nadir Nəbiyev və başqaları iştirak edib.

Akademiyanın tikintisinə FIFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN (FIFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti ayrılıb (?).

Tikinti prossesində elan olunmuş tenderlər vasitəsilə ayrı-ayrlıqda 19 şirkət iştirak edib. Sərf olunmuş vəsait akademiyanın ərazisində inşa olunmuş inzibati binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub.

Böyük ehtimalla, AFFA akademiya ilə əlaqəli yeni çalışmaların onun iştirakı olmadan həyata keçirilməsindən narahatdır. Çünki Tovuzda uşaq futboluna sərf edilən vəsaitin önəmli hissəsi bu gün də federasiya tərəfindən qarşılanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq