COP29

"Bu klub üçün daha yaxşı işlər görə bilərdim"

16 Yanvar 23:00 Turan 444
"Bu klub üçün daha yaxşı işlər görə bilərdim"

“Turan Tovuz”dan ayrılacağı gözlənilən gürcüstanlı yarımmüdafiəçi Pruzi Marakvelidze Sportinfo.az-a müsahibə verib.

O, hazırkı durumu və gələcək karyerası barədə danışıb.

- Hazırkı durumun necədir?

- Normal. Hazırda vətənimdəyəm. Zədəmin bərpası ilə məşğulam.

- Özünə yeni klub da axtarırsanmı?

- Hazırda “Turan”ın futbolçusuyam. Sonra necə olacağını görəcəyik.

- Komandadan ayrılacağınızla bağlı iddialar doğru deyil?

- Bunu şərh etmək istəmirəm. İndi zədəm var və müqaviləm bitənə qədər komandadan ayrılmağı düşünmürəm.

- Azərbaycanda keçirdiyin karyeranı necə dəyərləndirirsən?

- Təbii ki, uğurlu hesab edə bilmərəm.

- Niyə?

- Potensialımı tam şəkildə göstərə bilmədim.

- Buna nə mane oldu?

- Aldığım zədələr mənə böyük çətinlik yaratdı. Əks halda “Turan” üçün daha yaxşı işlər görə bilərdim.

- Zədə səbəbindən Antalya toplanışında da yer almadın. Düşərgəyə nə vaxt qayıtmağı düşünürsən?

- Ümid edirəm ki, bu, tezliklə olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq