COP29

"Neftçi" öz "şinel"indən çıxan 2 futbolçunu icarəyə verdi

16 Yanvar 09:40 Turan 880
"Neftçi" öz "şinel"indən çıxan 2 futbolçunu icarəyə verdi

«Neftçi» 2 yetirməsini icarəyə verib.

Bunlar İsmayıl Zülfüqarlı və Fərid Yusiflidir.

Hər iki gənc mövsümün ikinci hissəsini «Turan Tovuz»da keçirəcək. İki klub arasında anlaşmaya əsasən, yayda onların məsələsinə bir də baxılacaq.

Əgər sözügedən yarımmüdafiəçilərin çıxışı Ayxan Abbasovu qane edərsə, qərb təmsilçisi icarə müqaviləsinin müddətini daha 1 il uzadacaq.

İsmayılla Fəridin artıq «Turan»ın Antalya toplanışında iştirak etməsini də bildirək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq