COP29

"Turan” Antalyada Macarıstan komandasına yenildi

15 Yanvar 14:10 Turan 272
"Turan” Antalyada Macarıstan komandasına yenildi

"Turan Tovuz" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi bu dəfə Macarıstan “Şiofok"u ilə üz-üzə gəlib.

Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Turan Tovuz" bu gün daha bir yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun komandası Özbəkistan "Nasaf"ı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

"Turan Tovuz" ilk yoxlama oyununda “Voluntari”yə (Rumıniya) uduzmuşdu - 0:2.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq