Bu transfer Premyer Liqa klubuna nə qədər QAZANDIRDI?

12 Yanvar 2024 11:40 Turan 1 360
Bu transfer Premyer Liqa klubuna nə qədər QAZANDIRDI?

"Turan Tovuz" və Sertan Taşkın arasında bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Azərbaycanlı müdafiəçi karyerasını Türkiyənin birinci liqasında davam etdirəcək.

26 yaşlı cinah oyunçusu "Manisa"ya keçib. "Turan" ötən ilin yayında "Zirə"dən sıralarına qatdığı millinin sabiq üzvünü havayı buraxmayıb, bu izdivacdan pul qazanıb.

"Manisa"lılar tovuzlu həmkarlarına 50 min dolların üzərində ödəmə etməyi öz üzərinə götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar