Azərbaycan klubu Aleks Souzanı "rənglərinə bağladı" – SON DƏQİQƏ

11 Yanvar 2024 15:00 Turan 6 936
Azərbaycan klubu Aleks Souzanı "rənglərinə bağladı" – SON DƏQİQƏ

Sertan Taşkını «Manisa»ya satan «Turan Tovuz» yeni ilin ilk transfer çalışmasını bitirib.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan bölgə klubu hücum xəttini gücləndirib.

Aleks Souza bundan sonra Ayxan Abbasovun rəhbərliyi altında çıxış edəcək.

Tam adı Alex Aparecido de Souza Alcântara olan braziliyalı ən qısa zamanda Azərbaycana gələcək. O, ölkəsinin məşhur klublarından «Santos»un yetirməsidir.

22 yaşlı forvard Litvada «FC Hegelmann»ın formasını geyinib. Cənubi amerikalı son olaraq Türkiyədə «Boluspor»un uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti