"Turan"da gəlib uşaqlarla hər şeydən söhbət etdilər

11 Yanvar 2024 08:40 Turan 547
"Turan"da gəlib uşaqlarla hər şeydən söhbət etdilər

“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvləri, məşqçi və tibbi heyəti üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov tərəfindən antidopinq qaydaları üzrə vebinar keçirilib.

Sportinfo.az xəbər verir ki, iştirakçılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.

Seminar iştirakçılarına qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, eləcə də digər vacib məqamlar barədə geniş məlumat verilib.

İştirakçıların sualları AMADA nümayəndəsi tərəfindən ətraflı cavablandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti