COP29

Antalyadakı ağır məşqlərdən zövq alan legioner: “Yorulmuram”

11 Yanvar 16:40 Turan 556
Antalyadakı ağır məşqlərdən zövq alan legioner: “Yorulmuram”

“Təlim-məşq toplanışından elə yararlanmalıyıq ki, çempionatın ikinci yarısının startına qədər ən yaxşı formamızı yığaq”.

“Turan Tovuz”un müdafiə xəttindəki əsas fiqurlardan olan Roderik Miller Sportinfo.az-a açıqlamasında Antalya toplanışını dəyərləndirib.

Yanvarın 3-də Azərbaycandan qardaş ölkəyə yola düşən bölgə təmsilçisi hazırlıqlarını Lara bölgəsində davam etdirir.

31 yaşlı panamalı bu hazırlıq mərhələsinin “Turan Tovuz” üçün ciddi önəm daşıdığını gizlətməyib:

“Məşqlər təbii ki, ağır keçir. Gündə iki dəfə məşq edirik.

Şəxsən yorulmuram, əksinə, mənə əlavə güc verir. Bu cür çalışmaların komandaya fayda verəcəyinə inanıram.

Qarşıda bizi başqa ölkələrdən olan rəqiblərlə yoldaşlıq görüşləri də gözləyir. Bu matçlarda səhvlərimizi görməklə onları aradan qaldırmaq üzərində çalışacağıq.

Premyer Liqanın ikinci yarısında irəliyə doğru addım atmaq istəyiriksə, bütün gücümüzü səfərbər edib təlim-məşq toplanışından maksimum yararlanmalıyıq”.

Qərblilərin Antalya toplanışı yanvarın 17-nə qədər davam edəcək.

Ayxan Abbasovun yetirmələri yanvarın 22-də Premyer Liqanın 19-cu turu çərçivəsində Qəbələdə “Kəpəz”lə üz-üzə gələcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq