COP29

“Səhvlərə çox yol veririk” - Birindən razı, birindən narazı

10 Yanvar 19:40 Turan 484
“Səhvlərə çox yol veririk” - Birindən razı, birindən narazı

“Komandamız hücum planında yaxşı çıxış edir, müdafiədə isə çox sayda fərdi səhvlərə yol veririk”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev deyib.

Qərb təmsilçisi 22 xalla 7-ci pillədə məskunlaşıb. Premyer Liqanın arxada qalan 18 həftəsində 29 qol vuran kollektiv 28 dəfə məyusluq yaşayıb.

Bu, nə ilə bağlıdır? Əyalət klubunda ikinci mövsümünü keçirən arxa xətt oyunçusunu dinləyək:

“Çempionatda qol vurmaq sayında öndə gedirik. Eyni zamanda çox qol buraxırıq.

Müdafiə hücumdan başlayır. Zəncirvari səhvlər qollar buraxmağımıza yol açır.

Qol buraxmanaq və qələbə qazanmaq hər birimizin arzusudur. Bu arzunu həyata keçirməyə çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq