COP29

Dünən yağış imkan vermədi, bəs bu gün?

10 Yanvar 14:20 Turan 353
Dünən yağış imkan vermədi, bəs bu gün?

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov komandasını Rumıniya klubu “Voluntari” ilə matçda sınayacaq.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dünən keçirilməyən və bu günə təxirə salınan qarşılaşma “Topkapı Sport Center”in meydanında təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

“Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq