COP29

Dekabrda çimərlik həzzi yaşayan legioner: “Yerinə düşdü, xeyrini görəcəyəm”

9 Yanvar 23:00 Turan 373
Dekabrda çimərlik həzzi yaşayan legioner: “Yerinə düşdü, xeyrini görəcəyəm”

“Tətili öz ölkəmdə ailəmlə birgə keçirməyim yerinə düşdü, buna ehtiyacım var idi”.

“Turan Tovuz”un əsas fiqurlarından olan Roderik Miller Sportinfo.az-a açıqlamasında qış fasiləsində əlinə düşən 10 günlük istirahət barədə danışıb.

İstirahətini vətəni Panamada, ailə üzvləri və doğmaları ilə birlikdə keçirən ucaboy forvard üçün ən ləzzətli istirahət dekabr ayında çimərlikdə dincəlmək olub.

Öz dilindən eşidək:

“Vaxtımız çox olmasa da, bundan maksimum dərəcədə istifadə etməyə çalışdım. Allaha şükürlər olsun ki, hər birimiz üçün belə bir fürsət yarandı.

Daim fiziki baxımdan yüklənmədə olduğumuza görə biz futbolçular üçün ən yaxşı istirahət çimərlik və qumdur.

İtirdiyimiz enerjini bərpa etmək və çempionatın qalan hissəsinə hazırlaşmaq üçün çimərliyə baş çəkməyim yerinə düşdü. Fikrimcə, istirahətin xeyrini görəcəyəm”.

Maraq üçün bildirək ki, yanvar ayı olmasına baxmayaraq, hazırda Panamada günorta saatlarında müsbət 32-34 dərəcə isti müşahidə olunmaqdadır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq