COP29

Premyer Liqa klubunun yola salmaq istədiyi legioner Bakıya qayıdır

8 Yanvar 19:40 Turan 1 692
Premyer Liqa klubunun yola salmaq istədiyi legioner Bakıya qayıdır

"Turan Tovuz"un qış fasiləsində yollarını ayırmaq istədiyi futbolçulardan birinin Piruzi Marakvelidze olmasını xəbər vermişdik.

Futbolçunun özü də yeni klub tapması barədə məlumatlandırılmışdı.

Amma gürcüstanlı legioner bölgə klubunu tərk etməkdə maraqlı deyil.

O, yaya kimi qüvvədə olan müqaviləsinin sonuna kimi bölgə klubunda qalmaqda qərarlıdır.

Hətta gününü ehtiyatda keçirsə belə.

Hazırda ölkəsində zədəsinin bərpası ilə məşğul olan dayaq yarımmüdafiəçisi bu səbəbdən "Turan"ın Antalyada davam edən təlim-məşq toplanışında iştirak edə bilmir.

Lakin qısa müddət sonra Bakıya qayıtmağı planlaşdıran Piruzu komandasının düşərgəsinə qoşulacaq.

2024-cü ilin yayında müqaviləsi bitəcək yarımmüdafiəçi ilə dil tapmaq mümkün olsa, qışdan sonra 28 yaşlı legioneri Tovuz klubunda görməyəcəyik.

Piruzi 2022-ci ilin yayından qərb təmsilçisində çıxış edir.

O, arxada qalan müddətdə "Turan" formasında 28 matç keçirib və 1 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq