İşıq dırəkləri yıxılan klub ev oyunlarını günorta saatlarında keçirəcək

7 Yanvar 2024 15:40 Turan 975
İşıq dırəkləri yıxılan klub ev oyunlarını günorta saatlarında keçirəcək

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ev oyunlarını günorta saatlarında keçirəcək.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çempionatın XVIII turunda “Araz-Naxçıvan”la oyun zamanı aşan işıqlandırma sistemi hələ düzəldilməyib. Problem həllini tapana qədər tovuzlular ev matçlarını günorta saatlarında keçirməli olacaqlar.

Klub qırılan projektorla bağlı da heç bir addım atmayıb, hazırda gözləmə mövqeyi tutur. Rəhbərlik bunun üçün aidiyyəti qurumlardan yekun rəy gözləyir.

Ötən il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində

Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti