COP29

“Biz israrımızı davam etdiririk, sponsor xərclərin 50 faizini qarşılamağa hazırdır”

6 Yanvar 22:40 Turan 744
“Biz israrımızı davam etdiririk, sponsor xərclərin 50 faizini qarşılamağa hazırdır”

“AFFA-dan bir daha rica edirik ki, bizə dəstək olsunlar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

İş adamı 1 ay öncə verdiyi müsahibələrinizin birində bildirmişdi ki, Tovuz şəhər stadionunun örtüyünün dəyişdirilməsi ilə bağlı AFFA-ya müraciət ediblər.

Bu məsələ nə yerdə qaldı? Qərb təmsilçisinin rəhbərinin cavabını eşidək:

“Onların büdcəsində belə bir plan yoxdur. Digər stadionlarda belə bir dəyişiklik nəzərdə tutulub.

Amma biz israrımızı davam etdiririk. Sponsor xərclərin 50 faizini qarşılamağa hazırdır.

Digər 50 faizini AFFA qarşılaşa, təbii ot örtüyündən Azərbaycan futbolu fayda götürər, təkcə"Turan Tovuz" yox”.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq