COP29

Premyer Liqa klubunda deport və zədə problemi – Qadağa qoyuldu

4 Yanvar 21:40 Turan 690
Premyer Liqa klubunda deport və zədə problemi – Qadağa qoyuldu

“Turan Tovuz”da istirahət müddəti başa çatıb.

Tovuzluların iki futbolçusu Antalyada təşkil olunan hazırlıq mərhələsində iştirak edə bilməyib.

Bunlar Budaq Nəsirovla Piruzi Marakvelidzedir.

Budağın Türkiyəyə girişinə qadağa qoyulub.

Qardaş ölkədə icazə vərəqəsi olmadan nəzərdə tutulan müddətdən artıq yaşayan futbolçu oradan deport olunub. Odur ki, yayda olduğu kimi, bu dəfə də kollektivdən kənar qalıb.

Piruzi isə əməliyyat olunduğu üçün hələ də vətəni Gürcüstandadır. Klubdan ona özünə yeni iş yeri tapmaq məsləhət görülüb. Marakvelidze vətənində hansısa klubla razılığa gələ bilsə, “Turan Tovuz”u tərk edəcək.

Yanvarın 17-nə qədər Antalyada məskunlaşacaq qərblilər bu müddətdə üç yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Yanvarın 9-da Rumıniya “Voluntari”si ilə qarşılaşacaq təmsilçimiz yanvarın 15-də iki oyun keçirəcək. Öncə “Şiofok”la (Macarıstan), daha sonra “Nasaf”la (Özbəkistan).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq