Antalyaya yollanan bölgə təmsilçisi: 3-ü gəldi, 6-sı yoldadır

3 Yanvar 2024 19:00 Turan 1 046
Antalyaya yollanan bölgə təmsilçisi: 3-ü gəldi, 6-sı yoldadır

“Turan Tovuz”da istirahət müddəti başa çatıb.

Yanvarın 3-də Bakıda bir araya gələn bölgə təmsilçisi səhər saatlarında vətəni tərk edib.

Lakin tam heyətlə yox.

Belə ki, legionerlərdən Bruno Qonçalveş, Luis Paçu və Otto Con kollektivə qoşulub.

Digər altı legioner yanvarın 6-na qədər icazəlidir. Emmanuel Hakman, Roderik Miller, Denis Marandiçi, Alexandro Serrano, Martin Petkov və Belajdi Pusi şənbə günündən etibarən Ayxan Abbasovun sərəncamında olacaq.

Yanvarın 17-nə qədər Antalyada məskunlaşacaq qərblilər bu müddətdə üç yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Yanvarın 9-da Rumıniya “Voluntari”si ilə qarşılaşacaq təmsilçimiz yanvarın 15-də iki oyun keçirəcək. Öncə “Şiofok”la (Macarıstan), daha sonra “Nasaf”la (Özbəkistan).

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti