39 yaşlı azərbaycanlı: "Daha iki il davam etmək istəyirəm"

3 Yanvar 2024 20:20 Turan 1 263
39 yaşlı azərbaycanlı: "Daha iki il davam etmək istəyirəm"

"Özümü yaxşı hiss edirəm.

Fiziki və psixoloji durumum yerindədir. Təklif olsa, yenidən davam etməyə hazıram".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un qapıçısı Kamal Bayramov deyib.

Bu il 39 yaşını qeyd edəcəcək təcrübəli sima hələ də əlcəklərini atmaq fikrində deyil:

"Dünya praktikasına qapıçı üçün 38 yaş son hədd sayılmır. Bəzən 40-42 yaşında qapıçılar müqaviləsini artırır.

Allah zədədən qorusun. Daha 2 il davam etmək istəyirəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti