Premyer Liqa təmsilçisi müdafiəçisini I Liqaya icarəyə verdi

3 Yanvar 2024 16:05 Turan 1 275
Premyer Liqa təmsilçisi müdafiəçisini I Liqaya icarəyə verdi

Premyer Liqaya qayıtmaq iddiasında olan «Şamaxı» heyətini gücləndirməkdə davam edir.

I Liqanın ən güclülərindən olan əyalət təmsilçisi müdafiə xəttinə yeni sima gətirib.

Ramiz Məmmədovun çalışdırdığı komanda «Turan Tovuz»dan Səbayil Bağırovu sıralarına qatıb. Qərb klubu «Bakı»nın yetirməsini «Şamaxı»ya 6 aylıq icarəyə verib.

Bağırov 4 ildən artıqdır «Turan Tovuz»a məxsusdur. O, Ayxan Abbasovun I Liqadan Premyer Liqaya götürdüyü azsaylı yerli futbolçulardan biridir.

Gəl ki, rəqabətə dözmədiyindən, ötən müddət ərzində nadir hallarda forma şansı qazanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti