Azərbaycanlı klub sponsoru qərar verdi, ayaqüstə alqışlandı - VİDEO

3 Yanvar 2024 15:15 Turan 1 634
Azərbaycanlı klub sponsoru qərar verdi, ayaqüstə alqışlandı - VİDEO

“Turan Tovuz”a sponsorluq edən Ehtiram Quliyevin videogörüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Lakin görüntülər klubla bağlı yox, rəhbəri olduğu “Huner Group”la bağlıdır.

Ötən ilin son günlərində paytaxtdakı restoranların birində sözügedən şirkətin ilin yekunlarına dair tədbiri keçirilib.

“Huner Group”un kollektivinin iştirak etdiyi yığıncaqda məclisi giriş sözü ilə Ehtiram bəy açıb. O, hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti iıə təbrik edəndən sonra rəhbərlik etdiyi kollektivin üzvlərinə xoş xəbəri çatdırıb:

“Sizə bir şad xəbərim var. 2024-cü ilin yanvarın 1-dən əməkhaqqılarında 15 faiz artım olacaq”.

Quliyevin xəbərindən sonra hər kəs onu ayaqüstə alqışlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anın görüntülərini təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti