COP29

Günahkar kimdir? - "Yaxşı ki, ölüm-itim olmadı" - VİDEO

2 Yanvar 23:00 Turan 430
Günahkar kimdir? - "Yaxşı ki, ölüm-itim olmadı" - VİDEO

«Tovuz stadionunda dirəyin aşmasında günahkar iş icraçılarıdır».

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Tovuz şəhər stadionunda baş verən olaydan danışıb.

Bildirib ki, Premyer Liqanın 18-ci turu çərçivəsində keçrilən «Turan Tovuz» - «Araz-Naxçıvan» qarşılaşmasının (2:1) gedişində işıq dirəyinin aşması sırf təbiət hadisəsidir:

«Bu məsələdə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevi qınamaq olmaz. Bu şəxs sponsordur və ondan görülməsi istənilən məsələyə vəsait ayırıb.

Burada işi görən icraçıları, həmçinin aidiyyatlı dövlət qurumlarının və Peşəkar Futbol Liqasının nümayəndələri sorğulanmalıdır.

Onlar vaxtında qərar verməli idilər ki, bu işıq dirəkləri yararlıdır, ya yox. Yaxşı ki, hadisə baş verən vaxtı yaxınlıqda heç kim olmayıb. Yoxsa ölüm-itim olardı».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq