COP29

İspaniya millisinin sabiq üzvü Azərbaycan klubuna lazım oldu

2 Yanvar 20:20 Turan 3 830
İspaniya millisinin sabiq üzvü Azərbaycan klubuna lazım oldu

"Turan Tovuz" qış fasiləsində yalnız yeni transferlər etməyi yox, həm də yayda müqaviləsi bitəcək əsas heyət üzvləri ilə müqaviləni artırmağa çalışacaq.

Belə futbolçulardan biri Alex Serranodur.

Ötən yay qərb təmsilçisinə qoşulan ispaniyalı yarımmüdafiəçi tədricən formasını bərpa etməkdədir.

Performansı ilə məşqçilər korpusunu razı salan "23 nömrə"nin özünü də razı salmaq mümümkün olsa onunla müqavilə müddəti artırılacaq.

İspaniya gənclər millisinin sabiq üzvü arxada qalan yarım ildə "Turan"ın keçirdiyi 19 matçın hamısında meydanda olub.

O, bu görüşlərdə iki asist etməyə də imkan tapıb.

Serrano ilə hazırda olan müqavilə 2024-cü ilin yayında başa çatacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq