COP29

Klub sahibi: "Yeriməyi yeni-yeni öyrənirik, bir neçə il səbrli olmaq lazımdır"

1 Yanvar 19:00 Turan 626
Klub sahibi: "Yeriməyi yeni-yeni öyrənirik, bir neçə il səbrli olmaq lazımdır"

«Bu kluba gəlməyimizin başlıca səbəbi onlardır».

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev Sportinfo.az-a açıqlamasında belə deyib.

Ötən ilin əvvəlində doğma rayonunun təmsilçisini öz himayəsinə götürən iş adamı hər zaman səbrli rəhbər kimi davranır, qələbələr olmayanda da komandaya dəstəyini göstərir.

Ondan fərqli, müəyyən azarkeşlər uğursuz nəticələrdən sonra etirazlarını bildirirlər.

Tanınmış biznemenin onlara sözü nədir? Ehtiram bəyi dinləyək:
«

Bizim azarkeşlərimiz hər zaman haqlıdır. Azarkeşlər bizim Müşahidə Şuramızdır.

Daim onların nəfəsini hiss edəcəyik. Tərəfdarlarımıza demək istəyirəm ki, bir az da səbrli olsunlar.

Böyük bir planın başlanğıcındayıq. Yeriməyi yeni-yeni öyrənirik. Bir neçə il səbrli olmaq lazımdır».

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq