Nazirlik sabiq "Qarabağ"lının aylardır davam edən problemini çözdü

1 Yanvar 2024 16:15 Turan 1 455
Nazirlik sabiq "Qarabağ"lının aylardır davam edən problemini çözdü

«Turan Tovuz» 6 aydan artıqdır yaşadığı problemdən yaxa qurtarıb.

Qərb klubu bu ildən etibarən Eltun Turabovun xidmətindən istifadə edə biləcək.

Əyalət təmsilçisinə ötən mövsüm qoşulmuş müdafiəçi cari «futbol ili»ndə hələ meydana çıxmayıb. Buna səbəb AFFA tərəfindən verilmiş Azərbaycan pasportunun müddətinin bitməsidir.

Gənclər yığmasının Gürcüstan doğumlu sabiq oyunçusu keçən ilin yayından bəri «hava»da qalmışdı.

Federasiya onun pasport probleminin həllinə köməklik göstərmədiyindən, klub Gənclər və İdman Nazirliyi (GİN) ilə uzun müddət danışıqlar aparmaq məcburiyyətində qaldı.

Nəhayət, GİN ona müvafiq sənədləri toplayaraq təqdim etmiş «Turan»ı sevindirib.

Nazirlik Turabova yeni pasport alınması üçün müvafiq dövlət qurumlarına müraciət edib və prosesi müsbət sonuclandırıb. O, yaxın günlərdə yerli statusu ilə buradakı çıxışını sürdürə biləcək.

Eltunun "Turan"la müqaviləsi bu mövsümün sonuna kimidir. O, daha əvvəl "Sabah", "Sumqayıt", "Qarabağ" və "Bilis"in (Albaniya) şərəfin qoruyub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti