Bölgə təmsilçisi atdığı addımla həm alqış qazandı, həm də təbəssüm verdi

30 Dekabr 2023 20:40 Turan 696
Bölgə təmsilçisi atdığı addımla həm alqış qazandı, həm də təbəssüm verdi

“Turan Tovuz” Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə futbol ictimaiyyətini maraqlı formada təqdim edib.

Bölgə təmsilçisi paytaxtdakı şirniyyat sexlərinin birində hazırlatdığı tortların üzərinə maraqlı təbrik sözləri yazaraq AFFA, PFL, FİF və Premyer Liqa təmsilçilərinə göndərib.

Alqışlanmağa layiq təbrik öz yerində. İşin maraqlı tərəfi tortların üzərində yazılan sözlərdir.

“Qarabağ” – Avropadakı qürurumuz, bayramlarınız mübarək olsun!

“Zirə” – Ən uzaqda olsaq da, dostluğumuz əbədi, bayramlarınız mübarək olsun!

“Neftçi” – Qocaman dost, bayramlarınız mübarək!

“Sumqayıt” – Bayramlarınız mübarək olsun!

“Səbail” – Yelkəniniz daim zirvədə, bayramlarınız mübarək olsun!

“Araz-Naxçıvan” – Bayramlarınız mübarək, əziz dostlar!

“Sabah” – İşıqlı sabahlar arzusu ilə, bayramlarınız mübarək!

“Kəpəz” – Qaraqayadan “Kəpəz”ə salam olsun, bayramlarınız mübarək olsun!

“Qəbələ” – Radarınıza düşməmək ümidi ilə, bayramlarınız mübarək!

PFL – Peşəkarlar komandası, bayramlarınız mübarək!

AFFA – Biz birlikdə güclüyük, bayramlarınız mübarək!

FİF – Futbolumuzun fədailəri, bayramınız mübarək!

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti