Rayonda futbolçuları bayrama bu cür yola saldılar - VİDEO

29 Dekabr 2023 23:40 Turan 612
Rayonda futbolçuları bayrama bu cür yola saldılar - VİDEO

“Turan Tovuz” 2023-cü ilin sonuncu matçını qələbə ilə başa vurdu.

“Araz-Naxçıvan”la iki gün davam edən qarşılaşmanın ilk gününü 2:1 hesablı qələbə ilə başa vuran qərb təmsilçisi ertəsi daha 1 dəfə fərqlənməklə 3:1 hesablı qalibiyyətə sevindi.

Dekabrın 16-dakı oyunun 81-ci dəqiqəsində işıq dirəyinin meydana aşmasına görə görüş yarımçıq dayandırıldığından qalan 9 dəqiqə bir gün sonra oynanıldı.

Düşünmək olardı ki, bazar günü saat 12-də davam edən qarşılaşmanı izləmək üçün stadionun yolunu tutan azarkeşlərin sayı çox olmayacaq. Lakin 500-ə yaxın fanat doğma komandanı dəstəkləmək üçün gəlmişdi.

Ayxan Hüseynov vurduğu qolla qarşılaşmanın müqəddəratını həll etməklə azarkeşləri sevindirdi.

Hakimin final fitindən sonra Tovuz şəhər stadionundakı görüntüləri görməyə dəyərdi. Milli musiqi sədaları qələbəni qeyd edən futbolsevərlər komanda üzvlərini istirahətə alqış sədaları ilə yola saldı.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti