Azərbaycanda iki gün davam edən oyundan VİDEOREPORTAJ

27 Dekabr 2023 01:50 Turan 824
Azərbaycanda iki gün davam edən oyundan VİDEOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, ötən gündən təxirə salınmış matçda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Saat 12:00-da başlayan görüş 81-ci dəqiqədən davam edib. 89-cu dəqiqədə isə Ayxan Quseynov fərqlənib.

Meydan sahibləri bu nəticədən sonra xallarının sayını 22-yə çatdırıb və "Sabah"la birlikdə 6-7-ci yerləri bölüşdürür. Naxçıvan klubu 26 xalla beşincidir.

Matç dekabrın 23-də işıq dirəklərindən birinin aşması nəticəsində təxirə salınmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti