Futbolun İnkişaf Fondunun "Turan 100k" layihəsinin başa çatdığını açıqlamasından azalır 1 il keçsin.
Avtobus alınıb, klub xidmətindən istifadə edir.
Amma hələ də vəd olunduğu kimi layihədə iştirak edənlərin şəkillərinin nəqliyyat vasitəsinin üzərində əks olunmasını təmin edən yoxdur.
Məsələ ilə bağlı son vəziyyəti klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev Sportinfo.az-a açıqlayıb:
"Futbolun İnkişaf Fondu ilə danışmışıq. Artıq hər şey tamamlanır.
Arada həm texniki problem, həm də müəyyən boşluq olmuşdu.
Komanda Antalya toplanışından qayıdana kimi məsələ həllini tapmalıdır, inşallah".
XANOĞLAN

