"AFFA "Turan Tovuz"a dəstək olmur".
Bu açıqlama futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində federasiyanın qərb klubuna biganə yanaşdığını bildirib.
Tanınmış teleşərhçi deyib ki, Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev meydançanın süni qazonunun dəyişdirilməsi üçün AFFA-dan kömək istəyib, qarşı tərəf isə bundan imtina edib.
Abbasovun sözlərinə görə, qurum «Turan»a münasibətdə qeyri-səmimidir:
«AFFA millinin oyunlarına görə millinin futbolçularına böyük miqdarda pullar ödəyir. Estoniya və İsveç üzərində qələbələrin qarşılığında onminlərlə manat mükafat verilib.
Komanda qrupdan çıxmayıbsa, nəyə lazımdır bu qədər xərcə düşmək? Ondansa bir bölgədə stadionun qazon problemini həll etmək olmazdı?
Tovuzda meydana çıxan bütün futbolçular özlərini qoruyur. Orada zədə almaq ehtimalı çox böyükdür.
Problemin ciddiliyindən Qurban Qurbanov da şikayətlənib».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

