Azərbaycan Premyer Liqasında birinci yarı başa çatdı.
“Qarabağ”ın liderliyi ilə bitən ilk yarıdan sonra fasilə təxminən 1 ay davam edəcək.
Artıq klublar qış təlim-məşq toplanışının planlarını cızır.
Əvvəldən xəbər verdiyimiz kimi, “Qarabağ”, “Zirə” və “Qəbələ” hazırlığını ölkədə keçirməyə qərar verib.
Amma ölkə xaricinə gedəcək klublar da yox deyil. Məsələn, “Turan Tovuz” kimi.
Bölgə təmsilçisi Türkiyəyə getməyə qərar verib. Artıq səfər proqramı da hazırdır.
Qardaş ölkədə baş tutacaq hazırlıq müddəti yanvarın 3-17-si aralığını əhatə edəcək.
Lara bölgəsindəki "Ask Lara" otelində məskunlaşacaq kollektiv 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Hələlik rəqiblərdən birinin kimliyi məlumdur.
Özbəkistandan “Nasaf“la üz-üzə gələcəklər.
Digər sparrinqlər? Mümkün namizədlər arasında Rumıniya, Polşa, Türkiyə, Macarıstan kimi ölkələrin təmsilçiləri var.
SPORTİNFO.AZ

