
Son vaxtlar Ayxan Abbasovun tez-tez təkrarladığı bir söz diqqətimi çəkib.
Deyir ki, «Turan Tovuz»un qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb.
Azından 4-5 dəfə bu açıqlamanı verib. Və bu, qətiyyən təsadüfi deyil.
Ümumiyyətə, təbiətcə az danışan olan Ayxan Abbasovun hər fürsətdə hədəfləri barədə belə danışması məcburiyyətdən irəli gəlir.
Tovuzda onu sıxırlar. Futbolu bilən də, bilməyən də. Adam bu rayonda iki nəfərə görə qalıb - Nadir Nəbiyevlə Ehtiram Quliyevdən keçə bilmir.
Üz üzdən utanır.
Klubun daxilində, eləcə də stadionun, bazanın həndəvərində dolaşan müəyyən şəxslər Abbasovun əleyhinə kampaniya aparır, onu gözdən salmaq, yerinə öz namizədlərindən birini gətirməkdən ötrü dərindən-qabıqdan çıxırlar.
Belə təsəvvür yaradırlar ki, «Turan»da maliyyə vəziyyəti superdir, pullarını balta kəsmir, di gəl, Ayxan Abbasov nəticələri sabitləşdirə, yaxşılaşdıra, yuxarı yerlər uğrunda döyüşən komanda yarada bilmir.
Əlbəttə, kənardan baxanlara istənilən döyüş asan gəlir. Eşitdiyimə görə, Ehtiram Quliyevin yaxın çevrəsi, qohum-əqrabası arasında da belə düşününlər tapılıb.
Onların day xəbəri yoxdur ki, Premyer Liqanın ən ucuzvari legionerləri «Turan»ın formasını geyinənlərdir. Özü də bu əcnəbilər Tovuza qaça-qaça gəlməyiblər, yalvar-yaxarla gətiriliblər.
Bunu Tovuzda çox adam bilmir. Bilənlər də qəbul etmək istəmir, nəəcəbsə.
ELNUR