Bölgə klubu legioneri ilə yolları ayırmağa qərar verdi

24 Dekabr 2023 22:40 Turan 1 272
Bölgə klubu legioneri ilə yolları ayırmağa qərar verdi

"Turan Tovuz"un qış fasiləsində yollarını ayırmaq istədiyi futbolçulardan birinin kimliyi məlum olub.

Bu, gürcüstanlı legioner Piruzi Marakvelidzedir.

Artıq bir müddətdir tərəflər arasında bu yöndə danışıqlara start verilib.

2024-cü ilin yayında müqaviləsi bitəcək yarımmüdafiəçi ilə dil tapmaq mümkün olsa, qışdan sonra 28 yaşlı legioneri Tovuz klubunda görməyəcəyik.

Piruzi 2022-ci ilin yayından qərb təmsilçisində çıxış edir.

O, arxada qalan müddətdə "Turan" formasında 28 matç keçirib və 1 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar