Premyer Liqanın 18-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Araz-Naxçıvan" matçı yarımçıq dayandırılıb.
Oyunun 82-ci dəqiqəsində projektor dirəyinin meydana aşması səbəbindən matçın qalan hissəsi sabah 12-də davam etdiriləcək.
Klub rəhbərliyi bu gün gecə saatlarına qədər dirəyi meydandan azad etməliydi ki, tapşırıq yerinə yetirilib.
Bu, təxminən saatyarım vaxt aparıb. Öncə dirəyi yerindən tərpətmək müşkülə çevrilib. Bunun üçün kran maşını yerini dəyişməli olub. Bu dəfə kranın trosunda problem yaranıb.
Stadionun işçiləri birlik nümayiş etdirərək arenaya cəlb olunmuş kranın hesabına dirəyi meydandan götürərək müvəqqəti tribunanın önünə qoyub.
Həmin anın görüntülərini təqdim edirik.
HƏBİB

