Tanınmış biznes adamı əlini klubun üzərindən geri çəksə...

24 Dekabr 2023 23:20 Turan 1 014
Tanınmış biznes adamı əlini klubun üzərindən geri çəksə...

Təxminən 10 gün əvvəl güclü külək səbəbindən Tofiq Bəhramov adına Respublika stadionunda tavanın müəyyən hissəsi sıradan çıxmışdı.

Hətta həmin hissəni təmir edən zaman yıxılan 55 yaşlı Sumqayıt şəhər sakini Sulduz Şükürov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmamışdı.

Və dünən Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Araz Naxçıvan" görüşünün 81-ci dəqiqəsində əsən güclü külək səbəbindən Tovuz şəhər stadionununda işıq dirəklərindən biri aşdı.

Xoşbəxtlikdən hər hansı xəsarət alan olmadı.

Təbii ki, hər iki hadisə də təbii fəlakət sonrasında yaşanıb.

Buna görə kimisə qınamağa dəyməz ( Küləkli havada aparılan təmir işləri zamanı dünyasın dəyişən fəhləyə görə iş icraçısı məsuliyyət daşıyır. Söhbət tavanın dağılması, dirəyin aşmasından gedir).

Əksinə, təbii fəlakət sonrası insan canına zərər dəymədiyi üçün şükür etmək lazımdır.

Amma nədənsə dünəndən bir qrup şəxs başverənlərə görə klubun sponsoru olan "Hüner Group"un rəhbəri Ehtiram Quliyevi günahkar kimi qələmə verməyə çalışır.

Əvvəla, cəmi 10 gün əvvəl ölümlə bitən Bakıdakı hadisəni çox da qabartmayıb, Tovuzda yaşanan oxşar hadisəyə belə "operativ" reaksiya verməyin özü kənardan yaxşı görünmür.

Digər tərəfdən Ehtiram bəyi aşan dirəyə görə günahkar çıxarmaq hardan baxsaq çox absurd səslənir.

O, maliyyə ayıran şəxsdir. Daha gedib dirəyin keyfiyyətin yoxlayan, bərkidilməsinə nəzarət edən iş icraçısı deyil.

Bundan başqa əgər cəmi bir neçə ay əvvəl qurlaşdırılan işıq dirəklərində nöqsan vardısa, təhlükəsizliyə cavabdeh olan qurumlar hara baxırdı? O dirəklərin fəaliyyətinə Ehtiram bəy yox, məhz həmin qurumlar icazə verib.

Əgər hər hansı məsuliyyət daşımaqdan söhbət gedirsə, buyurun həmin ünvana.

Bir sözlə, qısa müddətdə ölkə futbolunda hörmət qazanan klub rəsmisi barədə kimlərsə artıq qara piar aparmağa başlayıb.

Sonra da başlayırıq şikayətlənməyə ki, iş adamları klublarımıza niyə yaxın durmur.

Vallah-billah belə münasibətdən sonra elə haqq edib yaxın durmurlar.

Bu gedişlə Ehtiram bəy də bu işin "günah" olduğunu görüb futbolumuzdan çəkilsə heç təəccüblənmərəm.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti