Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən “Turan Tovuz” - “Araz Naxçıvan” matçı (2:1) zamanı şok olay yaşanıb.
Tovuz stadionunun işıq dirəklərindən biri aşıb.
Xoşbəxtlikdən işıq dirəyi boşluğa düşüb və meydanda, tribunada olanlardan xəsrət alan olmayıb.
Nəticədə matç 82-ci dəqiqədə yarıda dayandırılıb.
Qarşılaşmanın hakim-inspektoru İmmanxan Sultanı Sportinfo.az-ın stadionda olan əməkdaşına deyib ki, oyunun təxirə salınmasını istəmirlər:
“İndi demişik, bura kran gətirilməlidir. Baxaq bəlkə üç projektorla qalan 10-12 dəqiqəni keçirmək mümkün oldu
. Bilirik ki, hər iki klubun legionerlərinə sabah üçün bilet alınıb. 22-23 əcnəbi öz ölkələrinə getməlidir
Ona görə də oyunun bərpasında maraqlıyıq. Görək, nə etmək olur”.
Peşəkar Futbol Liqasının idman şöbəsinin direktoru Elgiz Abbasov bildirib ki, Tovuzdakı bədbəxt hadisədə xəsarət alan yoxdur, azarkeşlər evakuasiya olunub, futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədir.

