«Turan Tovuz» Azərbaycan Kubokunun 1/8 final mərhələsində «Zirə» ilə üz-üzə gəldi.
Qərb təmsilçisi qəsəbə stadionunda keçirilən oyundan 1:2 hesablı məğlubiyyətlə ayrıldı və mübarizəni erkən dayandırdı.
Baxmayaraq ki, Otto Con artıq 5-ci dəqiqədə qonaqları hesabda önə çıxarmışdı. Ev sahibləri Filipe Paxtman (82) və Rüstəm Əhmədzadənin (89) qollarıyla dönüş edərək, növbəti mərhələyə yüksələn tərəf oldu.
Tovuz klubu qarşılaşmanın idarəçiliyindən narazı qalıb. İnqilab Məmmədov və köməkçilərinin onlara qərəzli yanaşmasına əmindirlər.
Təqdim etdiyimiz bu videoda əksini tapan görüntülər «Turan»ın referidən şikayətinin kökündə dayanır.
Kadrdan görünür ki, hesabın 1:1-ə gəldiyi qoldan öncə «qartallar»ın braziliyalı müdafiəçisi Ruan Renato ikili mübarizə zamanı panamalı həmkarı Roderik Millerə dirsək zərbəsi endirir.
Ardınca isə Filipe Paxtman topu tutmağa çalışan Kamal Bayramovun üzərinə açıq ayaqla gedir və onu zədələyir.
«Turan» tərəfinin fikrincə, İnqilab Məmmədov bu qayda pozuntularına görə braziliyalılara - Renatoya qırmızı, Paxtmana sarı vərəqə göstərməliydi.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

