Ötən mövsümün gedişində "Huner Group"un "Turan Tovuz"a sponsorluq etməsindən sonra klubun infrastrukturunda olan müsbət dəyişikləri görməmək mümkün deyil.
Öncə qısa müddətdə bölgə klubunun ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda tablo problemi öz həllini tapdı.
Sezonun ikinci yarısında isə işıqlandırma sistemi qurlaşdırıldı.
Artıq bu ildən qərb təmsilçisi rəqiblərini axşam saatlarında qonaq edə bilir.
Baş məşqçi və futbolçuları narahat edən digər əsas problem də öz həllini tapmağa yaxındır.
Söhbət Tovuz şəhər stadionun süni örtüyündən gedir.
Sintetik meydançada oynamaq nəinki yerli komandanın, hətta burada qonaq olan rəqiblərin də ciddi narazılığına səbəb olur.
Klub rəhblərliyi əməli addımlara start verib.
Belə ki, qış fasiləsində meydançanın süni örtüyünün təbii örtüklə əvəzlənməsinə qərar verilib.
Bu səbəbdən "Turan" mövsümün ikinci yarısında ev oyunlarını Bakıda keçirə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ

