Azərbaycan klubunda aylardı davam edən problem nə vaxt bitəcək?

20 Dekabr 2023 23:00 Turan 733
Azərbaycan klubunda aylardı davam edən problem nə vaxt bitəcək?

Azərbaycan Premyer Liqasında 17 tur arxada qalıb.

Amma "Turan Tovuz"un müdafiəçisi Eltun Turabov üçün mövsüm hələ də başlamayıb.

26 yaşlı futbolçu komandasının oyunlarını ancaq tribunadan izləyə bilir.

Daha əvvəl məlumat vermişdik ki, bunun səbəbi onun vətəndaşlıqla bağlı yaşadığı problemə görədir.

Belə ki, Eltun Gürcüstanda dünyaya gəlib və qonşu ölkə vətəndaşıdır.

Amma aşağı yaş qrup millilərimizə dəvət aldığı üçün ona Azərbaycan pasportu verilib.

Bu yay həmin pasportun möhləti bitib.

Arxada qalan müddətdə nə AFFA, nə də Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) ona kömək etməyib.

Amma məsələ ilə bağlı yeni bilgilər əldə etmişik.

Belə ki, AGİN-dən kluba müsbət bildiriş gəlib.

Bu barədə Sportinfo.az-a klubun direktoru Səməd Nəsibov məlumat verib.

Klub rəsmisi bildirib ki, adıçəkilən qurum futbolçularının problemini həll edəcəkləri ilə bağlı kluba söz verib. Tərəflər arasında yazışmalar indi də davam edir.

Xatırladaq ki, Eltun Turabovun "Turan"la müqaviləsi bu mövsümün sonuna kimidir. O, daha əvvəl "Sabah", "Sumqayıt", "Qarabağ" və "Bilis"in (Albaniya) şərəfin qoruyub.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti