“Alınanda alınır, alınmayanda belə olur”

19 Dekabr 2023 21:00 Turan 603
“Alınanda alınır, alınmayanda belə olur”

“Əlimizdən gələni edirik ki, hər oyundan qələbə ilə ayrılaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Sertan Taşkın deyib.

Mövsümlərarası fasilədə “Zirə”dən gələn cinah oyunçusu yeni komandasının çıxışını dəyərləndirib.

Millinin sabiq üzvü bildirib:

“Təbii ki, indiki durum bizi qane etmir. Məqsədimiz daha yüksəklərdə olmaqdır və hər gün bunun üçün çalışırıq.

Alınanda alınır, alınmayanda belə olur. Mən gələcəyə ümidlə baxıram.

Güclü məşqçilərimiz və heyətimiz var. Bundan sonra yaxşı işlər görə bilərik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti