"Bu şəxsi futbola gəlməsinə peşman edirlər" - VİDEO

19 Dekabr 2023 17:40 Turan 2 188
"Bu şəxsi futbola gəlməsinə peşman edirlər" - VİDEO

"Turan Tovuz"a qarşı haqsızlıqlar bitmir".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində AFFA-nın Tovuz klubuna münasibətindən danışıb.

Tanınmış teleşərhçi iddia edib ki, federasiya hakimlər vasitəsilə qarşı tərəfi sıxır.

Abbasov xatırladıb ki, bu kampaniya Ehtiram Quliyevin "Turan"ı çətiri altına almasından sonra başlayıb, hələ də davam edir və tezliklə bitəcəyi gözlənilmir.

Ekspert deyib ki, Hakimlər Komitəsinin sədri Barış Şimşek öz vəzifəsinin öhdəsindən gəlməyi bacarmır:

"Bir Ştuxlik getdi, başqa Ştuxlik gəldi. Əvvəl AFFA-nı Elxan Məmmədov idarə edirdi, indi isə o, yoxdur.

Bəs bu problemlər niyə geridə qalmır? Onun vaxtında necə idisə, indi də elədir.

Hakimlərin səviyyəsi çox aşağıdır. Sədr dəyişsə də, irəliləyiş baş verməyib.

"Turan" artıq ikinci dəfədir sosial şəbəkə hesabından hakimlərlə bağlı etiraz edir".

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti