Transfer büdcəsi almasa, azı 2 yeni müdafiəçi aldırmasa…

18 Dekabr 2023 10:40 Turan 949
Transfer büdcəsi almasa, azı 2 yeni müdafiəçi aldırmasa…

Bir neçə həftəlik aradan sonra «Turan Tovuz» qələbə sevinci yaşadı.

Bu hadisənin Tovuzda gerçəkləşməsi qalibiyyəti ikiqat bayrama çevirdi.

Ayxan Abbasov artıq rayon camaatı içinə başıdik çıxa biləcək. Ona artıq sorğu-suala çəkən, qanını qaraldan olmayacaq.

Bir müddət belə davam edəcək. Ən azından, gələn ilin ikinci ayının axırına kimi.

«Zirə» ilə qarşılaşma Abbasovu yenidən ümidləndirdi. Qol buraxmadılar - birinci növbədə budur.

«Turan» son 5-6 turda öz yolundan azmış kimi görünürdü. Rəqiblər buranı Həsən əminin karvansarasına döndərmişdilər. Çatan-çatan azı 2-3 qol vurub, onları «salamlayırdı».

Ayxan Abbasovun komandaları heç vaxt belə boş müdafiəsiylə yadda qalmayıb axı. Bu, mənfi anlamda yenilik oldu.

Arxa xətti möhkəm qurmasıyla ad çıxarmış baş məşqçi indi «Turan»ın sponsorundan əlavə vəsait istəməlidir. Ən birinci transfer büdcəsi almalıdır.

Ölü yeri 2 yeni müdafiəçi alıb gətirmək üçün.

Hazırda onun sərəncamında olanlar böyük işlər üçün deyillər. Onlarla Tovuzdan kənara çıxmaq olmaz, təhlükəlidir.

Ayxan Abbasov bunu səndən, məndən yaxşı bilməlidir. Və düşünürəm ki, bilir.

Rəhbərlikdən çəkinməyə dəyməz, indi «tərləməsələr», sezonun ikinci yarısında vəziyyəti nəzarət altına almaq mümkün olmayacaq.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti