Bölgə klubunda kapitana yaraşan FƏDAKARLIQ

18 Dekabr 2023 18:00 Turan 755
Bölgə klubunda kapitana yaraşan FƏDAKARLIQ

Şəhriyar Əliyev "Turan Tovuz" üçün fədəkarlıq etməsi ilə yadda qalıb.

Belə ki, kapitan zədəsini tam sağaltmamasına baxmayaraq Premyer Liqanın 17-ci turunun "Zirə" ilə matçında (1:0) meydana çıxıb.

Əliyev 5 turdu qələbəyə həsrət qalan komandasını kənardan izləmək istəməyib.

Halbuki daha əvvəl mərkəz müdafiəçisi üçün ilin başa çatdığı bildirilirdi.

Amma arxa xətt oyunçusu qarşılaşmadan əvvəl cəmi 2 məşqə çıxdıqdan sonra paytaxt klubuna qarşı əsas heyətdə meydana çıxıb.

73-cü dəqiqədə zədəsi yenidən ona çətinlik yaşadıb.

Oyun həftəsinin proqramından geri qalan "4 nömrə" əzələlərində narahatlıq hiss edib.

O, belə vəziyyətdə də görüşü davam etdirmək istəyib.

Lakin komandanın baş məşqçisi Ayxan Abbasov riskə getməyərək zaman futbolçunu əvəzləyib.

Təcrübəli futbolçu yerli publikanın gurultulu alqışları altında meydanı tərk edib.

Onun qarşıdakı görüşlərdə iştirakı sual altındadır.

Xatırladaq ki, Şəhriyar Əliyev zədə səbəbindən son 8 turda cəmi bir oyunu 90 dəqiqə meydanda olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti