Kamal Bayramovun "Sumqayıt"la oyunda ilk “11-lik”də meydana çıxması hamını təəccübləndirdi.
Çünki bu hal mövsümdə ilk dəfə yaşanırdı.
Premyer Liqanın əvvəlki 14 turunda Ayxan Abbasov digər iki qapçıya güvənməsi ilə yadda qalırdı.
Baş məşqçi növbəti 2 turda da Bayramova güvəndi. Maraqlıdır, belə anda bu cür dəyişiklik nə ilə bağlı olub?
Ümumiyyətlə, qarşlaşmadan əvvəl Abbasov qapıçı ilə hər ansı xüsusi söhbət edibmi?
Bayramovun Sportinfo.az-a açıqlamasını dinləyin:
"Mənim oynamağımla bağlı qərar baş məşqçinindir. Xüsusi bir hazırlığa ehtiyac yoxdur.
Plan üzrə hər üç qapıçı da hazırlığımızı davam etdiririk. Oyundan bir gün öncə səhər qapıçılar üzrə məşqçimiz mənim oynayacağımı söylədi.
Bu qayda hər zaman eynidir. Onsuz da, hər oyuna "oynayacam" düşüncəsiylə hazırlaşıram.
Futbolçu rejiminə tam əməl edirəm. Fiziki və psixoloji durumumu hər zaman yüksək saxlamağa çalışıram.
Uğurlu-uğursuz anlar olur. Səhvlər qaçılmazdır. Biz də çalışırıq minimum səhv edək.
Keyfiyyətli işlər görək və Allah işimizi asanlaşdırsın".

