“Özümüzdə də böyük günah var, sadə qollar buraxırıq, diqqətsizlik edirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un qapıçısı Kamal Bayramov deyib.
Qərb klubunun kapitanı hakimlər mövzusunda danışmağı xoşlamadığını bildirib:
“Mənə şübhəli qalan bu cür epizodlarda VAR sisteminin hansı səbəbdən işə yaramamasıdır? Əvvəl VAR yox idi, düşünürdük ki, hakimdir, o da insandır, səhv edə bilər.
İndi VAR var axı. Amma bilmirsən ki, VAR var, yoxsa yoxdur. “Sumqayıt”la oyunun son dəqiqələrində aşkar penaltimiz verilmədi,
“Qarabağ”la matçda qol vurduğumuz epizodda heç nədən fit səsləndi. Bu oyunlarda itirilən xalları toplasaq, indi yuxarı pillələrin birində olardıq”.

