“Bizə çox riskli tapşırıqlar verdilər”

8 Dekabr 2023 19:40 Turan 635
“Bizə çox riskli tapşırıqlar verdilər”

"Bizim üçün asan oyun yoxdur, çempionat çox gərgin keçir.

İstənilən komanda xal qazana bilir.

Turnir cədvəlində komandalar arasında çox az xal fərqiylə sıralanma olduğun görürük.

Bir qələbə çox yuxarı qaldıra bilirsə, bir məğlubiyyət də aşağı pillələrə yuvarlaya bilər. Son illərin ən maraqlı, stresli çempionatı olduğunu deyərdim".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un qapıçısı Kamal Bayramov deyib.

O, "Turan"ın builki performasından söz açıb:

"Çalışıb vuruşuruq ki, həmin həyacandan bir az uzaq olaq. Amma futbolda hər şey ola bilər.

Bir çox matçlarda rəqiblərdən bir baş üstün olmuşuq, ancaq qələbə qazana bilməmişik. “Sumqayıt”la son oyunumuzda da üstün olduğumuz halda, ani diqqətsizlikdən iki qol buraxaraq, 2:0 hesabıyla geri düşdük.

Fasilədə baş məşqçimizin bizə çox riskli tapşırıqları oldu. Şükür ki, futbolçularımız tapşırıqları ağıllı və keyfiyyətli icra etdilər.

Meydandan 1 xalla ayrıldıq, amma qələbə də qazana bilərdik".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti