
“Turan Tovuz”un forvardı Luis Paçu Sportinfo.az-a açıqlama verib.
Braziliyalı öncə Premyer Liqanın 15-ci turunda “Sumqayıt”la bərabərə qaldıqları matç haqqında təəssüratlarını bizimlə bölüşüb:
“Əla oyun oldu. İlk hissə məğlub oldu, ancaq buna layiq deyildik.
Həm əla birinci hissə, həm də əla ikinci yarı keçirdik. Çox sayda qol imkanlarımız oldu.
Biz 3 xalı qazan tərəf ola bilərdik. Bu matçdan ən böyük qazancımız o oldu ki, yaxşı oyun keçirdik.
Çox güclü rəqib önündə komanda olaraq qarşılaşmaya rəng qata bildik”.
İlk hissə 0:2 məğlub olan qərb təmsilçisi fasilədən sonra 4 dəqiqədə status-kvonu bərpa edə bildi. Bunda 27 yaşlı braziliyalının ilk qolu vurması da önəmli rol oynadı.
Görəsən, baş məşqçi fasilədə futbolçulara nələr deyib? Paçunu dinləyək:
“Baş məşqçimiz bildirdi ki, ilk hissədən daha yaxşısını edə biləcəyimizə inandığını söylədi.
Hər bir oyunçuya şəxsən inandığını bildirdi. O, bizə inam verdi və biz də ikinci yarı başlar-başlamaz meydanda bunu əyani göstərə bildik”.
XANOĞLAN