
“Turan Tovuz” Premyer Liqanın 14-cü turunu məğlubiyyətlə arxada qoydu.
“Qəbələ”nin qonağı olan tovuzlular gözlənilmədən darmadağınla yadda qaldı – 0:4.
Amma bu da uzaq məsafə qət edib, Qəbələyə gələn fanatların kefini poza bilmədi.
Son saniyəyə kimi azarkeşlər futbolçularına öz dəstəyini göstərmiş oldu.
Hətta sonda qəribə addımla da yadda qaldılar.
Adətən görmüşük ki, qalib tərəfin azarkeşləri fakel yandırar, qələbənin sevincini yaşayar.
Bu dəfə tərsinə oldu.
Yerli publika sakit məcrada oyunu izlədiyi halda, final fitinə dəqiqələr qalmış qonaq tərəfdarlar fakel yandırıblar.
Ardınca isə yerli azarkeşlərə yönəlik şuarların səsləndirməyə başlayıblar.
“Qırmızı qaralar”ın fanatları isə nəticəni əks etdirən tablonu göstərməklə cavab verib.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: