Belə tələb olmur - Həddini bilməsən, yas çadırı qurmağa məhkumsan

26 Noyabr 2023 14:00 Turan 759
Belə tələb olmur - Həddini bilməsən, yas çadırı qurmağa məhkumsan

Elə komandalar var ki, onun başını düzəldirsən, ayağı gedir, ayağını düzəldirsən, başı gedir.

«Turan Tovuz» bu qəbiləndir.

Bir az əvvəl Ayxan Abbasovu qınayırdılar ki. müdafiəyönümlü futbol oynadır. Çox dedilər, yazdılar, tribunaya keçid etdilər, «12-ci oyunçu»nu da dilləndirdilər, götürüb dəyişikliyə getdi, hücum fazasına üstünlük verdi.

Son turlarda qolları sıraladılar, dünən isə əksinə oldu, Qəbələdən 4 cavabsız qolla döndülər.

İstəməklə, tələb etməklə hər saqqal-daraq düzəlmir. Gərək ayağını yorğanına görə uzadasan da.

Ayxan Abbasovdan indi çox şey ummaq yersizdir. O, bu heyəti Premyer Liqada qalmaq hədəfi ilə yığıb.

Sponsorun pulunu bahalı legionerlərə xərcləməyib. Məhdud büdcəylə qurulan kollektiv sırf mövsümü qurtarmaq məqsədi daşıyır

Bu tip komandalar ümumi prinsip və çərçivədən kənara çıxa bilməz. İstədin, ya istəmədin.

Onu həddini, yerini, gücünü bilərək oynatmalısan. Ayxan Abbasovu öz yanaşmasından vaz keçməyə sövq etmək olmaz.

Mən ona tövsiyə edərdim ki, həmişə sığındığı, ona uğur gətirmiş sistemə dönsün, komandasını day publikaya oynatmasın.

Oynadacaq, belə böyükhesablı məğlubiyyətlər qapı-pəncərəni tez-tez döyəcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!