COP29

Bu bölgədə uduzan komandanı alqışlayırlar - VİDEO

15 Noyabr 2023 23:00 Turan 466
Bu bölgədə uduzan komandanı alqışlayırlar - VİDEO

“Turan Tovuz” doğma meydanda növbəti məğlubiyyətini aldı.

Ötən tur “Səbail”ə uduzan qərb təmsilçisi bu dəfə “Sabah”la bacarmadı – 2:3.

Oyun başa çatandan sonra tovuzlu azarkeşlərin bir qismi nəticədən narazılıq edirdi. Onları narahat edən sevimli komandalarının Tovuzda qələbə qazana bilməməsi, cari mövümdə qeyri-sabit təsir bağışlamasıdır.

Narazılar stadionu öz aralarında problemləri danışaraq tərk etsə də, sadiq fanatlar komandaya dəstək verməyi özlərinə borc bildilər.

Bir qrup tərəfdar məğlubiyyətə baxmayaraq, “Turan Tovuz”un məşqçi və futbolçu heyətini tribunanın önünə səsləyib, onları göstərdikləri mübarizəyə görə dəstəklədilər.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anların görüntüləri ilə aşağıdakı videoda tanış ola bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"