COP29

"Bundan sonra nə qədər danışsaq, heç nə dəyişməyəcək"

12 Noyabr 2023 21:40 Turan 640
"Bundan sonra nə qədər danışsaq, heç nə dəyişməyəcək"

“Birinci epizodda rəqib oyunçu büdrəyir, amma yerə yıxılmır.

Həmin anda heç narazılıq da etmir”.

“Turan Tovuz”un futbolçusu Roderik Miller Sportinfo.az-a açıqlamasında komandasının “Səbail”lə oyununda səbəbkar olduğu penalti epizodunu dəyərləndirib.

Premyer Liqanın 12-ci turu çərçivəsində “ASCO Arena”da baş tutan görüşdə tovuzlular hesabı açsa da, fasilədən dərhal sonra Rüfət Abdullazadə bərabərlik topunu vurdu.

Matçın 78-ci dəqiqəsində Miller rəqib hücumçu ilə cərimə meydançasında ikili mübarizə zamanı Aleksandr Ramlinqoma qarşı kobudluq edincə, VAR görüntüsü 11 metrlik cərimə zərbəsinə səbəb oldu.

Panamalı müdafiəçi rəqibə toxunduğunu etiraf etsə də, Ramalinqomun ustalıqla yıxılmasını da qeyd edib:

“Ona ilk toxunuşumda yıxılmadı, qaçmağa davam etdi. Görəndə ki, qol vurmaq, ya da təhlükə yaratmaq imkanı yoxdur, yerə yıxıldı.

Baş hakim VAR-a baxanda rəqibə qarşı yüngül toxunuşumu görüb üstünlüyü penaltiyə verdi. Cərimə meydançasında rəqibə az qala hər toxunuş penalti kimi dəyərləndirilir deyə, hakim bundan istifadə etdi.

Bundan sonra nə qədər danışsaq, heç nə dəyişməyəcək. Daha çox çalışmalı, başımızı qaldırıb yolumuza davam etməliyik”.

“Turan Tovuz” 12 oyundan sonra topladığı 15 xalla 7-ci pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!