COP29

Bu İNSDENTin əsl baiskarları kimdir? – Olayın izləri 2 yerə aparır…

11 Noyabr 2023 15:00 Turan 572
Bu İNSDENTin əsl baiskarları kimdir? – Olayın izləri 2 yerə aparır…

Premyer Liqanın 12-ci turuna hakimlər «damğa» vurdu.

Qalmaqalla dolu hesabat həftəsini acılar içində arxada qoyan komandalardan biri də «Turan Tovuz» oldu.

Ayxan Abbasovun çalışdırdığı komanda Bayılda «fit sahibləri»nin qərəzinə uğradı. Kamranbəy Rəhimovun başçılıq etdiyi briqada «Səbail»in qələbəsi üçün çalışdı və sonda məqsədinə çatdı.

Hesabı qonaqlar açmışdı. Otto Con 27-ci dəqiqədə fərqlənmişdi. 38-ci dəqiqədə Səlahət Ağayev meydandan kənarlaşdırılmalı idi.

«Dənizçilər»in qapıçısı cərimə meydançasından kənarda topun istiqamətini dəyişsə də, referi 9 dəqiqəlik pauzadan sonra ona sarı vərəqə göstərməklə kifayətləndi.

Hakim düzgün qərar versəydi, heç şübhəsiz, «Səbail» oyunun qalan bölümündə ciddi çətinlik yaşayacaq, bəlkə də hesabı bərabərləşdirə bilməyəcəkdi.

Kamranbəy ev sahiblərini «quyu»nun dibindən təkbaşına çıxarmayıb. Bu hadisəylə bağlı bəzi maraqlı məlumatlar əldə etmişik.

Öyrənmişik ki, baş hakim Səlahət Ağayevi VAR otağından gələn məsləhətlə bağışlayıb. Belə ki, VAR hakimi Əliyar Ağayev təkidlə ondan qapıçıya «qırmızı» göstərməməsini istəyib.

Hətta referinin özü VAR kamerasının önünə keçib epizodu izləyəndə də Əliyar bu israrını davam etdirib.

Həmin məqamda VAR kamerasına yaxınlaşan «Səbail»in baş məşqçisi Şahin Diniyev də Rəhimova psixoloji təzyiq göstərib, dönə-dönə «əşşi, Səlahət topa xəttin üstündə toxunub» deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!